WWW.DISSERTATION.XLIBX.INFO
FREE ELECTRONIC LIBRARY - Dissertations, online materials
 
<< HOME
CONTACTS



Pages:   || 2 | 3 | 4 | 5 |   ...   | 17 |

«AZӘRBAYCAN RESPUBLİKASI DÖVLӘT NEFT ŞİRKӘTİ AZӘRBAYCAN RESPUBLİKASI DÖVLӘT NEFT ŞİRKӘTİNİN 2013-CÜ İLDӘ TӘSӘRRÜFAT ...»

-- [ Page 1 ] --

AZӘRBAYCAN RESPUBLİKASI

DÖVLӘT NEFT ŞİRKӘTİ

AZӘRBAYCAN RESPUBLİKASI

DÖVLӘT NEFT ŞİRKӘTİNİN

2013-CÜ İLDӘ TӘSӘRRÜFAT

FӘALİYYӘTİ HAQQINDA

HESABAT

B A K I 2013

1

I. NEFT STRATEGİYASININ TӘNTӘNӘSİ

Azәrbaycan xalqının ümummilli lideri Heydәr Әliyevin qalibiyyәtli enerji strategiyası bu gün ölkә Prezidenti cәnab İlham Әliyevin rәhbәrliyi altında uğurla davam etdirilir, Azәrbaycan iqtisadiyyatını, xüsusilә neft-qaz sәnayemizi durmadan yüksәlişә doğru aparır, ona misilsiz nailiyyәtlәr qazandırır. Azәrbaycanın tәşәbbüsü vә yaxından iştirakı ilә hәyata keçirilәn regional vә qlobal әhәmiyyәtli neft-qaz layihәlәri beynәlxalq alәmdә ölkәmizin nüfuzunu yüksәltmiş, onu bütün dünyada etibarlı tәrәfdaş kimi tanıtmışdır.

Artıq Azәrbaycan tәkcә qәdim neft diyarı, dünya neft sәnayesinin inkişafına әvәzsiz töhfәlәr verәn bir ölkә kimi deyil, hәm dә zәngin tәbii qaz mәnbәyi, etibarlı vә tәhlükәsiz mavi yanacaq tәchizatçısı kimi dünya birliyinin diqqәt mәrkәzindәdir.

Azәrbaycan qazı hazırda Gürcüstan, Türkiyә, Rusiya, İran vә Yunanıstana ixrac olunur.

Yaxın zamanlarda bu siyahıya yeni-yeni ölkәlәrin adı әlavә olunacaq. Tәbii qaz tәdarükü diversifikasiyasında Avropa Birliyinin böyük ümid bәslәdiyi vә dәstәk verdiyi “Cәnub enerji dәhlizi” layihәsi hәm Birlik ölkәlәrinin enerji tәhlükәsizliyini tәmin edәcәk, hәm dә Azәrbaycanın enerji potensialının tam açılmasına, enerji ixracı yollarının şaxәlәndirilmәsinә imkan verәcәkdir.

Regionun aparıcı şirkәtinә çevrilәn ARDNŞ-nin hәyata keçirdiyi neft-qaz layihәlәri çәrçivәsindә kәşfiyyat, qazma vә hasilat göstәricilәri ilbәil yüksәlir. Artıq inamla demәk olar ki, Azәrbaycanın enerji tәhlükәsizliyi tam vә dönmәz şәkildә tәmin edilmişdir. Bu gün tәbii qaz potensialının artırılması prioritet mәsәlәlәrdәn biridir. 20 illik fasilәdәn sonra ARDNŞ-nin daxili imkanları hesabına müstәqil surәtdә hәyata keçirdiyi axtarış- qazma işlәri 2010-cu ilin noyabrında “Ümid” yatağının kәşf olunması ilә nәticәlәnmiş, tez bir zamanda yataqdan hasilata başlanılmışdır. 2011-ci il isә Azәrbaycanın enerji potensialını daha da güclәndirәn “Abşeron” qaz-kondensat yatağının kәşfi ilә әlamәtdar olmuşdur. Digәr perspektiv strukturlarda da kәşfiyyat işlәri davam etdirilir. Yüksәk perspektivliyi nәzәrә alınaraq, “Bulla-dәniz” yatağında yeni laylara quyular qazılır. Artıq 90 saylı kәşfiyyat quyusu istismara verilmiş, 3 istismar quyusu üçün nәzәrdә tutulan yeni 122 saylı stasionar dәniz özülü quraşdırılmışdır. Dәnizin 26 metr dәrinliyindә yerlәşdirilmiş 10 bloklu özüldәn qazılacaq hәmin quyulardan sutkada ümumilikdә 2 milyon 400 min kubmetr qaz vә 450 ton kondensat hasil edilmәsi nәzәrdә tutulur.

Nәhәng qaz ehtiyatlarının üzә çıxarılması hәm dә bu hәcmlәrin dünya bazarlarına nәql marşrutlarının şaxәlәndirilmәsini tәlәb edir. Ötәn il “Şahdәniz-2” layihәsi üzrә işlәrә start verildi. Layihәnin inkişaf konsepsiyasına uyğun olaraq, bu mәrhәlәdә hasilatın ildә minimum 16 milyard kubmetrә çatdırılması planlaşdırılır. Bunun üçün 30 istehsal quyusu istismara verilmәli, yeni platforma vә kommunikasiya sistemi qurulmalıdır. “Faza-2” çәrçivәsindә hasil olunacaq qazın 6 milyard kubmetrinin Türkiyәyә, 10 milyard2 kubmetrlik hissәsinin isә Avropaya ixrac edilmәsi nәzәrdә tutulur. Bu mәqsәdlә Cәnubi Qafqaz boru kәmәrinin genişlәndirilmәsi hәyata keçirilәcәk, yeni nәqliyyat sistemi qurulacaqdır. Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin tәşәbbüsü ilә gerçәklәşdirilәn Trans-Anadolu boru kәmәri layihәsi (TANAP) ilk mәrhәlәdә “Şahdәniz”, “Ümid”, “Abşeron” yataqlarından, habelә Azәrbaycanın mövcud perspektiv strukturlarından, sonradan isә Xәzәr hövzәsi vә digәr Şәrq ölkәlәrindә hasil olunan tәbii qaz hәcmlәrinin Türkiyә üzәrindәn Avropaya nәqlini nәzәrdә tutur. Belәliklә, TANAP vә onun operatorluğunu hәyata keçirәn ARDNŞ Avropa enerji tәhlükәsizliyindә hәlledici әhәmiyyәt kәsb edәn “Cәnub qaz dәhlizi”nin başlıca hәlqәsinә çevrilir. Avropanın enerji xәritәsindә mühüm dәyişiklik edәcәk bu dәhlizin әsas komponentlәrindәn biri dә TransAdriatik boru kәmәri (TAP) layihәsidir. 870 kilometrlik TAP kәmәri Türkiyә-Yunanıstan sәrhәdindә TANAP-la birlәşәcәk, sonra Yunanıstan vә Albaniya әrazisindәn keçәrәk, Adriatik dәnizi vasitәsilә İtaliyanın cәnub sahillәrinәdәk uzanacaqdır. Cәnub-Şәrqi Avropanı tәbii qazla tәmin edәcәk TAP Avropanın әn böyük qaz bazarından birinә çıxmaqla Xәzәr hövzәsindә hasil olunan tәbii qazın qitәnin digәr böyük qaz istehlakçılarına – Almaniya, Fransa, Böyük Britaniya, İsveçrә vә Avstriyaya ötürülmәsi üçün dә geniş imkanlar açacaqdır.





Bu mәnada “Şahdәniz” yatağının işlәnilmәsi layihәsinin ikinci mәrhәlәsi üzrә ötәn ilin sonlarında yekun investisiya qәrarının imzalanması Avropa Birliyi vә tranzit ölkәlәrin şirkәtlәri ilә beş ildәn artıq davam etmiş gәrgin danışıqlar nәticәsindә әldә olunmuş ciddi uğurdur. Tәsadüfi deyil ki, Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyev cәnabları bu sәnәdi 21-ci әsrin müqavilәsi kimi sәciyyәlәndirmiş, “Şahdәniz-2” layihәsini dünyanın әn iri enerji layihәlәrindәn biri, enerji tәhlükәsizliyi vә enerjinin şaxәlәndirilmәsi layihәsi kimi dәyәrlәndirmişdir.

Dövlәt Neft Şirkәtinin emal kompleksindә hәyata keçirilәn işlәr hәm ölkәnin neft mәhsullarına olan tәlәbatının ödәnilmәsinә, hәm dә әtraf mühitә mәnfi tәsiri minimuma endirmәyә yönәldilmişdir. Şirkәtin emal zavodlarında 2013-cü ildә açıq rәngli neft mәhsullarının çıxımı artırılmış, neftin emal dәrinliyi 92% olmuşdur. Biz mövcud emal zavodlarının imkanlarından sәmәrәli istifadә etmәklә paralel şәkildә yeni Neft-Qaz Emalı vә Neft-Kimya Kompleksinin inşa edilmәsinә hazırlaşırıq. NQNK layihәsinin reallaşdırılması üzrә işlәr qrafikә uyğun davam etdirilir. Kompleks üçün Sәngәçal terminalının yaxınlığında 4200 hektara yaxın torpaq sahәsi ayrılmışdır. Hәmin әrazidә3 mövcud infrastrukturların köçürülmәsi mәqsәdilә müvafiq işlәr görülür. Eyni zamanda, әrazidә geofiziki, geotexniki vә hidroloji işlәr hәyata keçirilir. Paralel olaraq, Әtraf mühitә vә sosial sahәyә tәsirin qiymәtlәndirilmәsi (ӘMSSTQ) hesabatlarının hazırlanması istiqamәtindә tәdqiqatlar aparılır. Hazırda ARDNŞ tәrәfindәn NQNK layihәsinin icrası ilә әlaqәdar maraqlı tәrәflәrin cәlb olunması prosesinә başlanılmışdır. Görülәn işlәr ARDNŞ tәrәfindәn istehsal olunan neft-qaz emalı vә neft-kimya mәhsullarının keyfiyyәtinin yüksәldilmәsi vә Bakıda ekoloji vәziyyәtin yaxşılaşdırılması baxımından xüsusi önәm daşıyan bu layihәnin uğurla başa çatacağına әminlik yaradır.

Mәlumdur ki, Türkiyәnin “Petkim” neft-kimya holdinqinin idarәçiliyi artıq bir neçә ildir, ARDNŞ tәrәfindәn hәyata keçirilir. “Petkim” bu illәrdә ümumi mәhsul istehsalı, gәlir, mәnfәәt vә ixrac üzrә rekord göstәricilәrә nail olub. 2011-ci ildә Azәrbaycan Prezidenti İlham Әliyev vә Türkiyәnin Baş naziri Rәcәb Tayyib Әrdoğanın iştirakı ilә illik mәhsuldarlığı 10 milyon ton tәşkil edәcәk “STAR” neft emalı zavodunun tәmәli qoyulmuşdur. Bu, Türkiyәdә özәl sektor xәtti ilә hәyata keçirilәn әn böyük investisiya layihәsidir. Ötәn ilin mayında ARDNŞ ilә “STAR” neft emalı zavodunun inşasını hәyata keçirәcәk İspaniyanın “Tecnicas Reunidas” şirkәtinin rәhbәrlik etdiyi konsorsium arasında saziş imzalanmışdır. Ekoloji cәhәtdәn әn qabaqcıl texnologiyalar әsasında qurulacaq “STAR” zavodunun istehsala başlaması ilә Türkiyә idxal mәhsulları üzrә milyardlarla dollarlıq valyutaya qәnaәt edәcәk, ARDNŞ isә hazır emal mәhsullarının realizә edilmәsindәn böyük hәcmdә әlavә mәnfәәt götürәcәkdir.

Dövlәt Neft Şirkәti Sumqayıtda azot gübrәsi – karbamid istehsalı zavodunun inşasına başlamışdır. Müasir beynәlxalq standartlara uyğun azot gübrәsi istehsal olunacaq zavodun inşası Azәrbaycan Respublikası Prezidentinin müvafiq Sәrәncamı ilә tәsdiq edilmiş “2008-2015-ci illәrdә Azәrbaycan Respublikasında әhalinin әrzaq mәhsulları ilә etibarlı tәminatına dair Dövlәt Proqramı”na әsasәn hәyata keçirilir. Tәmәli möhtәrәm Prezidentimiz İlham Әliyev cәnabları tәrәfindәn qoyulmuş Karbamid Zavodunun tikintisi dövlәt investisiyaları hesabına maliyyәlәşdirilir. Zavodda sutkada 1200 ton ammonyak vә 2000 ton karbamid istehsal edilmәsi nәzәrdә tutulur. Әsas xammal kimi tәbii qazdan istifadә olunacaqdır. Ötәn il “Samsung Engineering Co. Ltd.” şirkәti ilә imzalanmış müqavilә çәrçivәsindә zavod bütün lazımi sınaqlar hәyata keçirilmәklә “açar tәhvili” әsasında istifadәyә tam hazır şәkildә tәhvil verilmәlidir. Bu layihәnin hәyata keçirilmәsi ilә ARDNŞ ölkә iqtisadiyyatının әsas sektorlarından olan4 kәnd tәsәrrüfatının inkişafına ciddi dәstәk verәcәkdir. Regionda azot gübrәsinә tәlәbatın güclü olması nәzәrә alınaraq ARDNŞ Gürcüstanda da analoji zavodun inşasına başlayır.

Azәrbaycan Prezidenti İlham Әliyevin Sәrәncamı ilә “Azәriqaz” İstehsalat Birliyi ARDNŞ-nin tәrkibinә daxil edildikdәn sonra ölkәnin qaz tәchizatı sisteminin yenilәnmәsi, әhalinin vә sәnayenin fasilәsiz tәbii qazla tәmin edilmәsi istiqamәtindә böyük hәcmdә işlәr görülmәkdәdir. Bakı şәhәri, әtraf qәsәbә vә kәndlәrin qaz tәchizatı sisteminin beynәlxalq tәlәblәr sәviyyәsindә qurulması istiqamәtindә işlәr sürәtlәnmişdir. ARDNŞnin “Azәriqaz” İstehsalat Birliyi ilә Almaniyanın “E. ON Ruhrgas AG” şirkәti arasında Bakı şәhәrindә vә Abşeron yarımadasında qaz tәchizatı sisteminin müasirlәşdirilmәsi üçün texniki-iqtisadi әsaslandırmanın hazırlanması haqqında imzalanan xidmәt müqavilәsinә әsasәn, qaz itkisinin qarşısının alınması, habelә әhalinin artımı vә sәnayenin davamlı inkişafı nәticәsindә gәlәcәkdә daha da yüksәlәcәk tәlәbatı ödәmәk mәqsәdi ilә Bakı şәhәri vә Abşeron yarımadasında mövcud qaz tәchizatı şәbәkәsinin genişlәndirilmәsi, müasirlәşdirilmәsi vә yenidәn qurulmasını hәyata keçirmәk istiqamәtindә aparılan layihәlәndirmә işlәri uğurla davam etdirilir.

Bu gün ARDNŞ-nin işgüzar imici durmadan yüksәlir, onun beynәlxalq mövqelәri daha da möhkәmlәnir. Türkiyә, İsveçrә, Gürcüstan, Ukrayna, Rumıniya vә başqa ölkәlәrdә şirkәtin göstәrdiyi uğurlu fәaliyyәt tutulan yolun müvәffәqiyyәtlә davam edәcәyinә böyük inam yaradır. ARDNŞ artıq beynәlxalq maliyyә institutlarında öz öhdәliklәrinә vaxtında vә layiqincә әmәl edәn qurum kimi yaxşı tanınır. ARDNŞ-nin korporativ reytinqi dünyanın 3 böyük reytinq şirkәti tәrәfindәn stabil qiymәtlәndirilmişdir. Şirkәtimizin әn böyük uğurlarından biri yeni maliyyә alәtlәrindәn yararlanmaq, beynәlxalq kapital bazarından sәrmayә cәlb etmәk mәqsәdi ilә avrobondların tәdavülә buraxılması olmuşdur. 2012-ci ildә Londonda dövriyyәyә buraxılan bu qiymәtli kağızlar sәrmayәdarlar arasında yüksәk maraq doğurmuşdur.

2013-cü ildә ARDNŞ beynәlxalq maliyyә bazarındakı potensial dәyişikliklәri düzgün qiymәtlәndirәrәk, daha 1 milyard ABŞ dolları hәcmindә qiymәtli kağız buraxmışdır. Әgәr mövcud bazar qiymәtlәri nәzәrә alınsa, ARDNŞ 10 il müddәtinә orta hesabla tәxminәn 10 milyon, ümumilikdә isә 100 milyon ABŞ dollarına qәnaәt etmişdir. Bütün bunlar әlbәttә ki, böyük uğurdur vә Azәrbaycan iqtisadiyyatının güclәnmәsinin, qlobal iqtisadiyyatda rolunun artmasının bariz nәticәsidir.

Şirkәtdә kadr hazırlığı istiqamәtindә dә davamlı vә mәqsәdyönlü iş aparılır. Hәr il onlarla tәlәbә Şirkәtin xarici tәqaüd proqramı çәrçivәsindә dünyanın nüfuzlu ali mәktәblәrindә tәhsil almağa göndәrilir, tәhsilini başa vurub geri dönәnlәr idarә vә müәssisәlәrimizdә müvafiq işlә tәmin olunur. Bununla belә, Şirkәtin daim inkişafda olması yeni kadrlara tәlәbatı durmadan artırır. Bu tәlәbatın ödәnmәsi, beynәlxalq standartlara uyğun әn müasir tәdris planları vә tәdris texnologiyaları әsasında tәhsil prosesini tәşkil etmәklә sәnayenin müasir tәlәblәrinә cavab verәn yüksәk ixtisaslı mütәxәssislәrin yetişdirilmәsi mәqsәdi ilә Azәrbaycan Respublikası Prezidentinin Fәrmanı ilә Dövlәt Neft Şirkәtinin strukturunda Bakı Ali Neft Mәktәbi yaradılmışdır. Qısa müddәtdә dünyanın neft-qaz sahәsindә aparıcı elm vә tәhsil mәrkәzlәri ilә sıx әlaqәlәr yaradılmışdır vә sәmәrәli birgә iş aparılır.



Pages:   || 2 | 3 | 4 | 5 |   ...   | 17 |


Similar works:

«DRAFT MIT4 Run, Lola, Run Film as Narrative Database Run, Lola, Run Film as Narrative Database Jim Bizzocchi, Simon Fraser University Draft 3a Lev Manovich's analysis in the Language of New Media1 casts database and narrative as natural enemies. Although he sees a future for digital works that reconcile these two modes, he also recognizes that some linear cinematic works have already combined these forms. His exemplary database film is Vertov's Man with a Movie Camera.2 However, there are other...»

«Proposed Reclassification of Gooseberry Creek, tributary to the Big Horn River near Worland, Wyoming Proposed Action The Department of Environmental Quality, Water Quality Division is proposing to reclassify the mainstem of Gooseberry Creek as provided in the Chapter 1 surface water standards. Gooseberry Creek is a perennial tributary to the Big Horn River near Worland, Wyoming. It lies between the Cottonwood Creek and Fifteenmile Creek drainages and discharges into the Bighorn River in Section...»

«British Journal of Education Vol.2,No.6, pp.55-62, November 2014 Published by European Centre for Research Training and Development UK (www.eajournals.org) EQUITY AND EXCELLENCE A NOVEL EXPERIMENT FOR CONVERGENCEKISS ODISHA Dr. Monalisa Bal Chairperson, KIIT International School Campu-9, Patia, Bhubaneswar-751024 ABSTRACT: India has achieved significant increase in enrolment to higher education over the last decade. However, there is serious dissonance in terms of relative access by different...»

«A LINGUISTIC STUDY OF THE MAGIC IN DISNEY LYRICS Ana Mª Rierola Puigderajols Barcelona, 2001 _ A LINGUISTIC STUDY OF THE MAGIC IN DISNEY LYRICS By Ana Mª Rierola Puigderajols research student from the Doctorate programme in English Linguistics during the two-year period 1996-1998, for the degree of Doctor of Philology. A Thesis submitted to the Faculty of English and German Philology of Barcelona University. Under the supervision of Dr. Ramon Ribé i Queralt, director of the thesis. 2001 _...»

«Investigaciones Geográficas (Esp) ISSN: 0213-4691 investigacionesgeograficas@ua.es Instituto Interuniversitario de Geografía España Ridolfi, Elena EXPLORING THE URBAN HYDROSOCIAL CYCLE IN TOURIST ENVIRONMENTS Investigaciones Geográficas (Esp), núm. 61, enero-junio, 2014, pp. 17-38 Instituto Interuniversitario de Geografía Alicante, España Available in: http://www.redalyc.org/articulo.oa?id=17631184002 How to cite Complete issue Scientific Information System More information about this...»

«Performance Assessment of Diversion Headwork Implemented for Irrigation (Case Study on Fantale Irrigation Based Integrated Development Project) Master of Science Thesis By Henok Fikru A thesis submitted to the school of graduate studies in partial fulfillment of the requirements for the degree of Master of Science in Civil Engineering (Hydraulics) at the Addis Ababa University July, 2014 Performance Assessment of Diversion Headwork Implemented for Irrigation (Case Study on Fantale Irrigation...»

«Enticing and Engaging Consumers via Online Product Presentations: The Effects of Restricted Interaction Design CHENG YI, ZHENHUI (JACK) JIANG, AND IZAK BENBASAT CHENG YI is an assistant professor of information systems at the School of Economics and Management, Tsinghua University, China. She received her Ph.D. in information systems from National University of Singapore. Her research interests include the design and evaluation of information search and decision-support interfaces, electronic...»

«Tenth U.S. National Conference on Earthquake Engineering Frontiers of Earthquake Engineering July 21-25, 2014 Anchorage, Alaska 10NCEE EARTHQUAKE RESILIENCE OF A 632METER SUPER-TALL BUILDING WITH ENERGY DISSIPATION OUTRIGGERS ZHOU Ying 1, ZHANG Cuiqiang2 and LU Xilin3 ABSTRACT Structural systems of super-tall buildings, including RC/SRC core walls, frames, and sometimes bracings, are utilized collaboratively to resist strong earthquakes and wind loads. Outriggers are usually set to ensure the...»

«Literature 1 Plants: Life and Death Dichotomy in Romeo and Juliet Marnie Heenan Humanity has innate and intimate connections to the plant world, the significance of which is sometimes overlooked. People know instinctually that plants are important, but the ubiquity of plants on Earth, in literature and in life, can form a barrier to deeper analysis. Humans might benefit by examining the trees within the forest a little more closely (instead of the other way around). William Shakespeare...»

«Nuclear Waste State-of-the-Art Report 2016 Risks, uncertainties and future challenges Report from the Swedish National Council for Nuclear Waste, Stockholm 2016 SOU 2016:16 Nuclear Waste State-of-the-Art Report 2016 Risks, uncertainties and future challenges Translation of SOU 2016:16 The Swedish National Council for Nuclear Waste Stockholm 2016 The Swedish National Council for Nuclear Waste (M 1992:A) Swedish National Council for Nuclear Waste SE-103 33 Stockholm, Sweden This report can be...»

«θωερτψυιοπασδφγηϕκλζξχϖβνµθωερτψ υιοπασδφγηϕκλζξχϖβνµθωερτψυιοπασδ φγηϕκλζξχϖβνµθωερτψυιοπασδφγηϕκλζ ξχϖβνµθωερτψυιοπασδφγηϕκλζξχϖβνµ E.K. Schreiber θωερτψυιοπασδφγηϕκλζξχϖβνµθωερτψ Rare Books υιοπασδφγηϕκτψυιοπασδφγηϕκλζξχϖβν µθωερτψυιοπασδφγηϕκλζξχϖβνµθωερτ...»

«Club eX (Mac Uni Xchange Students’ Club) presents: What Do I Do With That Weekend? Well mates, you’ve reached Oz and there’s heaps of time to get out there and check out some of the sensational places around Sydney. This little compilation of things to do includes some weekend trips or day trips – all of which can be done using public transport (unless otherwise stated). Basically we’re trying to get you out there to see all the best stuff without having to take expensive tours, and...»





 
<<  HOME   |    CONTACTS
2016 www.dissertation.xlibx.info - Dissertations, online materials

Materials of this site are available for review, all rights belong to their respective owners.
If you do not agree with the fact that your material is placed on this site, please, email us, we will within 1-2 business days delete him.